Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Bətnindəki körpəsini öldürmək istədi, öz canından da oldu - Azərbaycanda faciə
Son xəbərlər

Bətnindəki körpəsini öldürmək istədi, öz canından da oldu - Azərbaycanda faciə

Bətnindəki körpəsini öldürmək istədi, öz canından da oldu - Azərbaycanda faciə


Lənkəranda 20 yaşlı 16 həftəlik hamilə qadın vəfat edib.

Bunu oxu.az-a açıqlamasında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Əbülfət Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün səhər Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü İbrahimova Günay Ümüd qızı ağır vəziyyətdə xəstəxanaya gətirilib:

"Xəstə dərhal reanimasiyaya yerləşdirilib. İlkin məlumata əsasən, o, ya həkimlərin, ya da qonşuların məsləhəti ilə hamiləliyi pozmaq üçün dərman qəbul edib. Qadında qanaxma baş verib. Əvvəl əhəmiyyət verilməyib, vəziyyəti ağırlaşandan sonra xəstəxanaya gətiriblər".

Baş həkimin müavini qeyd edib ki, xəstəni xilas etmək mümkün olmayıb:

"Göstərilən bütün reanimasion tədbirlərə baxmayaraq, qadın dünyasını dəyişib".

Faktla bağlı araşdırma aparılır.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma