Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Putin hələ belə SƏHV etməmişdi - Kreml ŞOKDA
Son xəbərlər

Putin hələ belə SƏHV etməmişdi - Kreml ŞOKDA

Putin hələ belə SƏHV etməmişdi - Kreml ŞOKDA


Kremlin saytında Rusiya prezidenti Vladimir Putinin Krımın Rusiyaya birləşməsi haqqında referenduma aid sitatında dəyişiklik edilib.

MAY.AZ publika.az-a istinadən xəbər verir ki, dəyişikliyə “The Insider” nəşri diqqəti yönəldib.

Qeyd edək ki, iyulun 16-da Helsinkidə Rusiya və ABŞ prezidentlərinin danışıqların yekunları ilə bağlı mətbuat konfransı keçirlib. Putin Krımda 2014-cü ilin martında keçirilən referendumla bağlı danışıb: “Trampın mövqeyi məlumdur. O, Krımın Rusiyaya birləşməsinin qanunsuzluğu haqqında danışır. Bizdə başqa nöqteyi-nəzər var. Hesab edirik ki, biz referendumu beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə ciddi uyğunluqda keçirdik. Rusiya üçün bu məsələ bağlanıb”.

Hazırda mətbuat konfransının düzəliş edilən stenoqramında Vladimir Putinin fikri başqa cür qeyd edilib: “Biz hesab edirik ki, referendumu beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə ciddi uyğunluqda keçirdilər”.

Birinci halda, referendumun Rusiya tərəfindən keçirilməsi yanlışlıqla etiraf edilirdi.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma