Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Sabahdan daha bir marşrut kartla işləyəcək
Son xəbərlər

Sabahdan daha bir marşrut kartla işləyəcək

Sabahdan daha bir marşrut kartla işləyəcək


Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən daha bir marşrut xətti üzrə gediş haqqının ödənişi "BakıKart" vasitəsi ilə həyata keçiriləcək.

BNA-dan MAY.AZ-a verilən məlumata görə, iyulun 14-dən 199 nömrəli müntəzəm marşrut xətti üzrə (Xətai prospekti-Bakı Mühəndislik Universiteti) hərəkət edən avtobuslarda nağdsız ödəniş sistemi tətbiq ediləcək. Gediş haqlarının "Bakıkart" vasitəsi ilə ödənilməsini təmin etmək üçün "Xaliq Faiqoğlu" şirkəti tərəfindən xəttə texniki baxımdan saz vəziyyətdə olan və validatorla təchiz edilən nəqliyyat vasitələri buraxılacaq. 199 nömrəli marşrut xəttinin hərəkət sxeminə uyğun dayanacaqlarda ödəmə terminallarının qoyulması ilə bağlı zəruri tədbirlər görülür.

Bununla da nağdsız ödəniş sistemi ilə çalışan marşrut xətlərinin sayı 23-ə çatmış olur.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma