Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Ronaldu "Real" azarkeşlərinə məktub yazdı
Son xəbərlər

Ronaldu "Real" azarkeşlərinə məktub yazdı

Ronaldu "Real" azarkeşlərinə məktub yazdı


“Yuventus” ilə 4 illik müqavilə bağlayan Kriştianu Ronaldu 9 ildir çıxış etdiyi Madridin “Real” klubunun azarkeşlərinə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Real” və Madriddəki bu illər bəlkə də həyatımın ən xoşbəxt dövrü idi. Bu şəhərə, bu azarkeşlərə və bu kluba hədsiz dərəcədə minnətdaram. Burada aldığım sevgi və dəstək üçün hamıya təşəkkür edirəm.

Hesab edirəm ki, həyatımda yeni mərhələyə başlamaq vaxtı çatıb. Buna görə də klubdan məni satmaqlarını xahiş etdim. Bu mənim qərarımdı və azarkeşlərdən məni başa düşmələrini xahiş edirəm.

Bu, möhtəşəm, unikal 9 il idi. Eyni zamanda çox ağır idi. Çünki “Real”da tələblər çox yüksək idi. Bu klubda futboldan aldığım zövqü unutmayacam. Burada əla komanda yoldaşlarım var idi. Onlarla üçü ardıcıl olmaqla 5 ildə 4 dəfə Çempionlar Liqasının qalibi adını qazandıq. Birlikdə çoxsaylı fərdi mükafatlar, o cümlədən 4 “Qızıl top”, 3 “Qızıl buts” əldə etdim.

Bütün bunlar yalnız bu möhtəşəm və mükəmməl klubda mümkün oldu. “Real” mənim və ailəmin ürəyini fəth edib. Çox düşündüm və yeni mərhələyə başlamaq qərarına gəldim. Lakin bu forma, bu emblem və “Santyaqo Bernabeu” daim mənim olacaq. 9 il öncə dediyim kimi “Yaşasın Madrid”.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma