Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Səudiyyə Ərəbistanının şahzadəsi öldü
Son xəbərlər

Səudiyyə Ərəbistanının şahzadəsi öldü

Səudiyyə Ərəbistanının şahzadəsi öldü


83 yaşlı şahzadə xərçəngdən müalicə aldığı ABŞ-da vəfat edib. Səudiyyə Ərəbistanı krallığının varis şahzadəsi Sultan bin Əbdül Əziz əl-Səud 83 yaşında vəfat edib.


Krallığın rəsmi informasiya agentliyinin məlumatına görə, şahzadə xərçəngdən müalicə kursu keçdiyi Amerika Birləşmiş Ştatlarında dünyasını dəyişib. Sultan bin Əbdül Əziz əl-Səud Səudiyyə Ərəbistanının müdafiə və aviasiya naziri, eləcə də nazirlər şurası sədrinin birinci müavini idi.O,hazırkı kral Abdullahın ata eyni, anadan ayrı qardaşı idi.Bu gün Səudiyyə Ərəbistanında bütün telekanallarında Məkkənin kadrlarını yayımlayır və Qurandan surələr səsləndirilir.Bundan sonra Səudiyyə Ərəbistanı kralı ikinci Abdullanın varisi, şahzadə 78 yaşlı Naif bin Əbdül Əziz əl-Səud hesab ediləcək. O, ölkənin daxili işlər naziridir.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma