Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Azərbaycanda elektrik enerjisi təminatı tam bərpa olunub
Son xəbərlər

Azərbaycanda elektrik enerjisi təminatı tam bərpa olunub

Azərbaycanda elektrik enerjisi təminatı tam bərpa olunub


“Azərenerji” ASC bütün ölkə ərazisində elektrik enerjisinin tam təmin olunması üçün bütün operativ tədbirləri həyata keçirib.

MAY.AZ xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.

O, Trend-ə açıqlamasında bildirib ki, ölkədə elektrik enerjisi təminatı daxili istehsal hesabına artıq gecə saat 03:30-da tam təmin olunub.

ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri qeyd edib: "Hazırda ölkədə elektrik enerjisi təminatı stabildir. Son hadisə göstərdi ki, “Azərenerji”nin oxşar problemləri operativ şəkildə aradan qaldırmaq üçün texniki imkanları və peşəkar kadrları var".
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma