Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Ehram çayında xeyli sayda mobil telefon tapıldı - FOTO
Son xəbərlər

Ehram çayında xeyli sayda mobil telefon tapıldı - FOTO

Ehram çayında xeyli sayda mobil telefon tapıldı - FOTO


Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda mobil telefonun ölkə ərazisinə qanunsuz yolla dövlət sərhədindən buraxılış məntəqələrindən kənar gətirilməsinin qarşısı alınıb.

DSX-nın mətbuat mərkəzindən May.Az-a verilən məlumata görə, iyulun 29-da saat 23:50-də Gürcüstanla dövlət sərhədində Şəmkir sərhəd dəstəsinin xidməti ərazisində Ehram çayında 1 ədəd qara sellofana sarılmış ağ rəngli çəlləyin çayın axını ilə ərazimizə daxil olması müşahidə edilib.

Sərhəd naryadı tərəfindən sudan çıxarılmış həmin çəlləkdə ümumi dəyəri təqribən 4500 manat təşkil edən 92 ədəd “X-nova” markalı mobil telefon aşkar olunub.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ehram çayında xeyli sayda mobil telefon tapıldı - FOTO
Ehram çayında xeyli sayda mobil telefon tapıldı - FOTO
Ehram çayında xeyli sayda mobil telefon tapıldı - FOTO

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma