Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » “Sahil” metrostansiyasının açılacağı dəqiq tarix məlum oldu
Son xəbərlər

“Sahil” metrostansiyasının açılacağı dəqiq tarix məlum oldu

“Sahil” metrostansiyasının açılacağı dəqiq tarix məlum oldu


Metronun ən çox istifadə edilən stansiyalarından biri olan “Sahil” uzun müddətdir ki, təmirə bağlanıb. Sözügedən stansiyanın nə vaxt açılacağı isə sərnişinləri maraqlandıran əsas suallardan biridir.

Suala cavab tapmaq üçün BAKU.WS “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə əlaqə saxlayıb.

N.Paşayev bildirib ki, hazırda həmin istiqamətdə gedən işlər artıq yarıya çatıb. “Sahil” metro stansiyasının ən geci iyul ayının 1-nə qədər təmir edilməsi, daha sonra isə sərnişinlərin ixtiyarına verilməsi nəzərdə tutulub.

Metropoliten rəsmisi həmçinin “Xətai” stansiyasının təmirə bağlanılması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. O qeyd edib ki, bu barədə hələ rəsmi qərar verilməyib.

Hicranə İsmayılova
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma