Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Bakı Olimpiya Stadionundan ailəli azarkeşlər üçün YENİLİK
Son xəbərlər

Bakı Olimpiya Stadionundan ailəli azarkeşlər üçün YENİLİK

Bakı Olimpiya Stadionundan ailəli azarkeşlər üçün YENİLİK


Futbol üzrə Azərbaycan və Belarus milli komandaları arasındakı yoldaşlıq matçı zamanı ailəli azarkeşlər üçün xüsusi sektor yaradılacaq.

BAKU.WS xəbər verir ki, bu barədə “Report”a Bakı Olimpiya Stadionunun İctimaiyyətlə əlaqələr və media departamentinin rəhbəri Cəmilə Mehdiyeva məlumat verib.

Onun sözlərinə görə, həmin sektorda yalnız ailəli azarkeşlər əyləşəcəklər: “Hazırda fəal surətlə çalışırıq. Martın 23-də futbol üzrə Azərbaycan və Belarus milli komandaları arasında yoldaşlıq matçı olacaq. Biz qərara gəldik ki, xanımlar və uşaqlar üçün stadiona gəlməməyə hansısa bir səbəb olmasın. Bu oyun üçün ailə sektoru yaradırıq. Bu sektorda yalnız ailəli azarkeşlər əyləşəcək. Atalar və analar futbola baxarkən uşaqlar əylənəcəklər. Onlar üçün xüsusi yer olacaq. Həmin oyunda peşəkar dayələr fəaliyyət göstərəcək. Dayələr oyundan bir saat əvvəl və yarım saat sonra uşaqlara baxacaq".

Qeyd edək ki, Azərbaycan – Belarus matçı saat 20:00-da başlanacaq.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma