Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Azərbaycanda 300-dən çox vəzifəli şəxsə cinayət işi açılıb
Son xəbərlər

Azərbaycanda 300-dən çox vəzifəli şəxsə cinayət işi açılıb

Azərbaycanda 300-dən çox vəzifəli şəxsə cinayət işi açılıb


Ötən il dövlət və özəl sektorda çalışan 305 vəzifəli şəxs barəsində barəsində 214 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

BAKU.WS "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Korrupsiyaya qarşı mübarizə idarəsinin rəhbəri Kamran Əliyev hesabatında bildirib.

K. Əliyev qeyd edib ki, 127 şəxs barəsində mənimsəmə və israf etmə, 67 şəxs barəsində dələduzluq, 35 şəxs barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 17 şəxs barəsində rüşvət alma (passiv rüşvətxorluq), 19 şəxs barəsində rüşvət vermə (aktiv rüşvətxorluq), 8 şəxs barəsində vəzifə saxtakarlığı, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 83 milyon 486 min manat ziyanın ibtidai araşdırma mərhələsində 27 milyon 575 min manat və ya 33.03% ödənilməsi təmin edilib, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 15 milyon 381 min manat məbləğində əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma