Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Azərbaycanda vulkan püskürdü
Son xəbərlər

Azərbaycanda vulkan püskürdü

Azərbaycanda vulkan püskürdü


Şamaxı rayonunda palçıq vulkanı püskürür.

APA-nın yerli bürosunun xəbərinə görə, vulkan gecə saat 1:00 radələrində rayonun Quşçu kəndində püskürməyə başlayıb və proses hazırda davam edir.

Kənd sakini Adəm Yusifov APA-ya bildirib ki, insanlar gecə vulkanın gurultu səsinə oyanıb: “Vulkan püskürməsi zamanı yerin altından xaric olan məhsullar təxminən 10 metr hündürlüyə qalxaraq 1.5 hektara yaxın əraziyə yayılıb. Hazırda vulkanın qaynamaları və palçıq axını davam edir. Ərazidən qaz iyi gəlir. Bu vulkan sonuncu dəfə 2005-ci ildə püskürmüşdü”.

Qeyd edək ki, vulkanın püskürdüyü ərazidən 20-30 mert aralıda Quşçu kəndinin sakinlərinə məxsus 15-ə yaxın ev var. Təbiət hadisəsi zamanı evlərə ziyan dəyməyib.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma