Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » “Space”də alpinistlərlə bağlı yalan məlumat verilməsinə RƏSMİ MÜNASİBƏT
Son xəbərlər

“Space”də alpinistlərlə bağlı yalan məlumat verilməsinə RƏSMİ MÜNASİBƏT

“Space”də alpinistlərlə bağlı yalan məlumat verilməsinə RƏSMİ MÜNASİBƏT


Milli Televiziya və Radio Şurası (MTRŞ) “Space” televizyasında “Hər gün” xəbərlər buraxılışında alpinistlərdən birinin tapılması ilə bağlı yalan məlumat verilməsinə münasibət bildirib.

MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov “Report”a açıqlamasında deyib ki, cəmiyyəti narahat edən məsələləri diqqətdə saxlamaq KİV-in vəzifəsidir: “Əlbəttə, bu baxımdan “Space”in alpinistlərin axtarışları ilə bağlı reportaj hazırlaması normaldır. Lakin belə həssas məsələlərdə diqqətli olmaq vacibdir”.

Qurum rəsmisi əlavə edib ki, itkin düşənlərin taleyi həm cəmiyyəti, həm də onların yaxınlarını həssaslıqla maraqlandırır: “Bu mənada, hər xırda səhv insanları narahat edə, incidə bilər. Ona görə də informasiyanı dəqiqləşdirib vermək daha doğru olardı. Ümumiyyətlə, xəbərlərdə, televizyalarda yersiz pafosdan, hay-küydən qaçmaq lazımdır. Xəbərlər nə qədər ciddi və dəqiq təqdim olunsa, o qədər effektiv olar”.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma