Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Salyan sakinindən külli miqdarda narkotik götürülüb
Son xəbərlər

Salyan sakinindən külli miqdarda narkotik götürülüb

Salyan sakinindən külli miqdarda narkotik götürülüb


Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində keçirilən əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də eyni əməllərinə görə məhkum olunmuş rayon sakini Elmar Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb. E.Rəsulovun üzərinə baxış zamanı ümümi çəkisi 17,763 qram narkotik vasitə olan tiryək götürülüb.

Əməliyyatın davamı olaraq onun yaşadığı evə baxış zamanı ümümi çəkisi 351,833 qram tiryək, ümümi çəkisi 1,378 qram olan heroin və 1 ədəd tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Salyan RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma