Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Gəncədə ana qeysəriyyə əməliyyatından sonra ölüb
Son xəbərlər

Gəncədə ana qeysəriyyə əməliyyatından sonra ölüb

Gəncədə ana qeysəriyyə əməliyyatından sonra ölüb


Gəncədə ana qeysəriyyə əməliyyatından sonra ölüb.

APA-nın məlumatına görə, hadisə şəhərdə olan özəl xəstəxanaların birində baş verib. Şəhər sakini, 1992-ci il təvəllüdlü Nəsibova Nigar Fəxrəddin qızı qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Əməliyyatdan sonra ananın vəziyyəti pisləşib.

Bir neçə gün müalicə alsa da, N. Nəsibovanı xilas etmək mümkün olmayıb.

Yeni doğulan körpə sağ qalıb. Məlumata görə, bu, N. Nəsibovanın dünyaya gətirdiyi ikinci övladdır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma