Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Sabahın hava proqnozu: Çiskinli, yağışlı hava olacaq
Son xəbərlər

Sabahın hava proqnozu: Çiskinli, yağışlı hava olacaq

Sabahın hava proqnozu: Çiskinli, yağışlı hava olacaq


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-7° isti, gündüz 9-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.

Dekabrın 4-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında isə arabir yağış yağacağı gözlənilir. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma