Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Əli Həsənovun nəvəsinin məhkəməsində GÖZLƏNİLMƏZ QƏRAR
Son xəbərlər

Əli Həsənovun nəvəsinin məhkəməsində GÖZLƏNİLMƏZ QƏRAR

Əli Həsənovun nəvəsinin məhkəməsində GÖZLƏNİLMƏZ QƏRAR


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi keçirilir.

BAKU.WS-in “Qafqazinfo”ya istinadla verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesdə baxış iclası baş tutacaq.

Lakin məhkəmənin qapısından əsgər postunda jurnalistlər binaya buraxılmayıb. Polislər də media nümayəndələrini qapıdan uzaqlaşdırıblar. Bildirilib ki, jurnalistlərin N.Allahverdiyevin məhkəməsinə buraxılmamasına rəhbərlikdən tapşırıq verilib.

Qeyd edək ki, N. Allahverdiyev bu il avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yüksək sürətlə idarə etdiyi “Mercedes-Gelandewagen” markalı avtomobillə qəza törədib. Nəticədə 2 nəfər ölüb, 2 nəfər isə ağır xəsarət alıb. O, həmçinin hadisə yerindən qaçmaqda da ittiham edilir.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma