Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Sabiq polis rəisi əməliyyatdan sonra öldü
Son xəbərlər

Sabiq polis rəisi əməliyyatdan sonra öldü

Sabiq polis rəisi əməliyyatdan sonra öldü


Sabiq polis rəisi əməliyyatdan sonra vəfat edib.

BAKU.WS musavat.com-a istinadən xəbr verir ki, uzun müddət daxili işlər orqanlarında çalışmış Mətləb Rzayev vəfat edib.

Cəlilabad, İsmayıllı, Bərdə, Dəvəçi və digər rayonların polis şöbələrinin rəisi vəzifəsini tutmuş Mətləb Rzayev ürək əməliyyatından sonra dünyasını dəyişib.

Sabiq polis rəisi əməliyyatdan sonra reanimasiyaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Mətləb Rzayev 14 ildən artıqdır daxili işlər orqanlarından polkovnik rütbəsində təqaüdə çıxıb.

Yaxından tanıyanların dediyinə görə, 1947-ci il təvəllüdlü M.Rzayev gəncliyində Politexnik İnstitutunu, sonra Ali Partiya Məktəbini, daha sonra Moskvada Milis Akademiyasını bitirib.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma