Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » İraqda İŞİD-in düşərgəsində saxlanılan azərbaycanlı azyaşlı Bakıya gətirildi
Son xəbərlər

İraqda İŞİD-in düşərgəsində saxlanılan azərbaycanlı azyaşlı Bakıya gətirildi

İraqda İŞİD-in düşərgəsində saxlanılan azərbaycanlı azyaşlı Bakıya gətirildi


İraqda gedən döyüşlərdə hər iki valideyni ölən və uşaq evində saxlanılan azərbaycanlı azyaşlı Bakıya gətirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"a açıqlamasında bildirib ki, onu Azərbaycanın İraqdakı səfirliyinin əməkdaşının müşayiəti ilə Bakıya gətirmək mümkün olub.

XİN rəsmisi deyib ki, hazırda Abdulla adlandırılan uşağın qohumlarına verilməsi üçün lazım olan prosedurlar yerinə yetirilir.

Onun sözlərinə görə, Azərbaycanın Bağdaddakı səfirliyi İraqda bu kimi vəziyyətlə üzləşmiş digər azərbaycanlıların da məsələsini diqqətdə saxlayır, zəruri konsulluq dəstəyi göstərir: "Bu xüsusda İraqın müvafiq dövlət qurumları ilə təmasları davam etdirir",

Qeyd edək ki, azərbaycanlı uşağın İraqdan Bakıya gətirilməsi barədə xəbəri "virtualaz.org" saytı yayıb.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma