Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Bakı bulvarında qadın polislər: Ayaqlarında hündürdabanlı ayaqqabı, bellərində dəyənək (VİDEO)
Son xəbərlər

Bakı bulvarında qadın polislər: Ayaqlarında hündürdabanlı ayaqqabı, bellərində dəyənək (VİDEO)

Bakı bulvarında qadın polislər: Ayaqlarında hündürdabanlı ayaqqabı, bellərində dəyənək (VİDEO)


Ayaqlarında hündürdabanlı ayaqqabı, bellərində dəyənək... Zərif cinsin nümayəndələri olsalar da, hər cür təhlükə qarşısında hazır dayanıblar.

Xezerxeber.az-ın məlumatına görə, artıq ikinci həftədir ki, Bakının Dənizkənarı Milli Parkında qadın polislər kişi həmkarları ilə birlikdə xidmət aparırlar.
Polis qadınlar həftənin yalnız şənbə və bayram günlərində xidmət başında olurlar. İnsanlarla ünsiyyət zamanı etik davranış qaydalarını əsas götürən xanım polislər işgüzar imiclərini qorumağa da xüsusi diqqət yetirirlər.

Onlar biri qadın, ikisi isə kişi olmaqla, elektromobillərlə ərazini gəzirlər. Səhər saat 9-dan axşam saat 8-ə kimi asayişi qoruyurlar.
Qadınlarla eyni vəzifəni bölüşən kişilər "aslanın erkəyi dişisi olmaz" deyirlər.

Qeyd edək ki, hazırda daxili işlər orqanlarında 3300-ə yaxın qadın əməkdaş xidmət aparır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma