Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Generaldan Aşura günü xəbərdarlığı: Bu yerlərdə imkan verilməyəcək
Son xəbərlər

Generaldan Aşura günü xəbərdarlığı: Bu yerlərdə imkan verilməyəcək

Generaldan Aşura günü xəbərdarlığı: Bu yerlərdə imkan verilməyəcək


"Sabah Bakıda Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndiriləcək".

BAKU.WS xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib.

S. Bağırov qeyd edib ki, paytaxtda Aşura mərasimlərinin keçiriləcəyi yerlərdə təhlükəsizlik tədbirləri həyata keçiriləcək: "Hər il olduğu kimi, bu il də Aşura günü ilə əlaqədar ictimai asayişin qorunması məqsədilə oktyabrın 1-i paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq, ictimai asayiş lazımı şəkildə təmin ediləcək".

General həmçinin qeyd edib ki, Bakının bütün məscidlərində və ziyarətgahlarında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları təyin olunacaq. "Dini ayinlərin keçiriləcəyi yerlərə müdaxilə edilməyəcək. Lakin müəyyən edilmiş yerlərdən kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək".
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma