Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » DÇ-2018-in seçmə mərhələsi: Millimiz bu gün səfərdə Norveçlə qarşılaşacaq
Son xəbərlər

DÇ-2018-in seçmə mərhələsi: Millimiz bu gün səfərdə Norveçlə qarşılaşacaq

DÇ-2018-in seçmə mərhələsi: Millimiz bu gün səfərdə Norveçlə qarşılaşacaq


Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında C qrupunda növbəti oyunlar keçiriləcək.

BAKU.WS xəbər verir ki, VII tur çərçivəsində 3 qarşılaşma olacaq.

Azərbaycan millisi Norveç yığması ilə qarşılaşacaq. Komandamız səfər oyununu Skandinaviyada keçirəcək.

Ardıcıl üç məğlubiyyət alan yığmamız uğursuzluq zolağından çıxmaq üçün mübarizə aparacaq. Ümid etmək istərdik ki, komandamız Bakıda məğlub etdiyi rəqibi Osloda da xalsız qoymağa çalışacaq.

Yeri gəlmişkən, komandamız skandinaviyalıları məğlub etsə, tarixinin rekorduna imza atacaq. Belə ki, millimiz indiyədək heç vaxt bir seçmə mərhələdə 10 xal toplamayıb.

Xatırladaq ki, Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki dünən-avqustun 31-də təşkil edilən mətbuat konfransında deyib ki, rəqib komandada baş məşqçi dəyişikliyi olub: “Norveç millisi revanş qazanmaq istəyəcək. Rəqibin Çexiya ilə oyununu analiz etmişik və onlar güclü təsir bağışlayırlar. Azarkeşləri maraqlı oyun gözləyir”.

Onu da qeyd edək ki, mətbuat konfransından sonra Norveç-Azərbaycan oyununun keçiriləcəyi Oslodakı “Ullevaal” stadionunda millimizin açıq məşqi təşkil olunub. Məşqin ilk 15 dəqiqəsi açıq olub. Onu AFFA-nın I vitse-prezidenti Rauf Əliyev və baş katib Elxan Məmmədov da izləyiblər.

Matça gəlincə, o bu gün axşam Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma