Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » "Azərbaycan Dəmir Yolları" elektron gediş kartlarının tətbiqinə hazırlaşır
Son xəbərlər

"Azərbaycan Dəmir Yolları" elektron gediş kartlarının tətbiqinə hazırlaşır

"Azərbaycan Dəmir Yolları" elektron gediş kartlarının tətbiqinə hazırlaşır


"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Sərnişin daşımaları Departamenti elektrik qatarlarına bilet satışı (lot-1) və elektron gediş karlarının tətbiqi (lot-2) üçün lazım olan avadanlıqların satın alınması məqsədi ilə açıq tender elan edib.

Milli.Az report-a istinadən xəbər verir ki, tenderdə iştirak haqqı hər lot üzrə 200 manatdır.
İddiaçılar tender ilkin sənədləri sentyabrın 5-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 13-nə qədər ADY-nin Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 230 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Vidadi Məmmədovdur. Telefon: (012) 499 65 33.

Təkliflərə sentyabrın 14-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma