Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Bakıda toydan çıxan qadınlara hücum edirlər? - Rəsmi açıqlama
Son xəbərlər

Bakıda toydan çıxan qadınlara hücum edirlər? - Rəsmi açıqlama

Bakıda toydan çıxan qadınlara hücum edirlər? - Rəsmi açıqlama



Bakı Şəhər Baş Polis İdarəsi gecələr küçələrdə park edilmiş maşınlara və toydan çıxan qadınlara hücum olunması barədə yayılan xəbərlərlə bağlı məlumat yayıb.

İdarədən APA-ya verilən məlumatda bildirilir ki, son günlər bəzi internet-qəzetlərdə Bakıda yeni quldur dəstəsinin peyda olması, gecələr küçələrdə park edilmiş maşınlara, toydan çıxan qadınlara hücum etməsi, quldurluq və soyğunçuluq hadisələri törətməsi barədə təsdiq olunmamış, cəmiyyətdə əsassız təşviş yaratmağa yönəlmiş xəbərlər yayılıb.

"Bildiririk ki, bunlar ayrı-ayrı epizodlarda baş verən və ayrı-ayrı adamlar tərəfindən törədilən quldurluq və soyğunçuluq hadisələridir. Bu istiqamətdə daxil olmuş şikayətlər əsasında, konkret hadisələrlə bağlı cinayət işləri qaldırılıb və əksəriyyəti isti izlərlə açılıb, şübhəli şəxslər məsuliyyətə cəlb olunub.

Hazırda əməliyyat-istintaq işləri davam etdirilir.

Bakı Şəhər baş Polis İdarəsi bu cür yoxlanılmamış məlumatların cəmiyyətdə əsassız çaşqınlıq yaratmağa xidmət etdiyini və əldə olunmuş məlumatların yayımdan əvvəl bir neçə mənbədə yoxlanılmasının vacibliyini bir daha xatırladır", - deyə məlumatda bildirilir.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma