Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Azərbaycanın məşhur aktyoru dünyasını dəyişdi
Son xəbərlər

Azərbaycanın məşhur aktyoru dünyasını dəyişdi

Azərbaycanın məşhur aktyoru dünyasını dəyişdi


Əməkdar artist Telman Əliyev vəfat edib.

BAKU.WS-in məlumatına görə, bu barədə Telman Əliyevin tələbələri məlumat verib.

Onun sözlərinə görə, T. Əliyev bu gün ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, Telman Əliyev 1 noyabr 1947-ci ildə Gəncə şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni–maarif fakültəsini bitirib. Gəncə Dövlət Dram Teatrının səhnəsində Bəhram ("Solğun çiçəklər" Cəfər Cabbarlı), Baloğlan ("Almaz" Cəfər Cabbarlı), Şeyx Alı ("Vaqif" Səməd Vurğun), Məşədi İbad ("Məşədi İbad" Üzeyir Hacıbəyov), Əliqulu ("Əliqulu evlənir" Sabit Rəhman), Xurşidbanu Natəvanın oğlu ("Xan qızı" F.Əliyarbəyli), Əziz ("Qatır Məmməd", Zahid Xəlil), Sabir ("Yeddi oğlan və bir qız" R.Ağayev), Molla Sadıq ("Dəli Kür" İsmayıl Şıxlı) və s. rolları oynamışdır. 2000-ci ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Bu teatrda Balaxan ("Aydın" Cəfər Cabbarlı), Şüeyb ("Ulduz, yaxud Ədirnə fəthi" Cəfər Cabbarlı), Baba ("Poçt şöbəsində xəyal", Elçin), Qüdrət Qurbanoviç ("Köhnə ev", Əli Əmirli), Yoldaş Əmrah ("Bu dünyanın adamları", Hidayət), Teromen ("Fedra", J.Rasin), Sintizator ("Hələ "Sevirəm" deməmişdilər", Ramiz Novruz), Qulamoğlu ("Hərənin öz payı", Xeyrəddin Qoca), Dilənçi ("Varlı qadın" Əli Əmirli), Şeyx Əhməd ("Ölülər" Cəlil Məmmədquluzadə), serjant ("Generalın son əmri", Vaqif Səmədoğlu) və s. rolları oynamışdır. "Bir aktyorun teatrı" ( Araq düşkünü), "Bahar-99" (Məşədi) teletamaşalarına və "Şeytan içimizdədir" (şöbə rəisi), "Yük" (Duxançı), "Bizi dağlarda axtarın" filmlərinə çəkilib.

Allah rəhmət eləsin!
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma