Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » “Formula-1” ilə bağlı 18 marşrutda edilən dəyişiklik ləğv olunub
Son xəbərlər

“Formula-1” ilə bağlı 18 marşrutda edilən dəyişiklik ləğv olunub

“Formula-1” ilə bağlı 18 marşrutda edilən dəyişiklik ləğv olunub


Bakıda keçirilən "Formula-1” Azərbaycan Qran-Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasına edilən dəyişiklik ləğv edilib.

BAKU.WS-in məlumatına görə, Bakı Nəqliyyat Agentliyindən (BNA) "APA-Economics”ə bu barədə məlumat verilib. Bakı şəhər halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkəti bərpa olunduğundan artıq sərnişin avtobusları da əvvəlki sxem üzrə hərəkət edirlər.

"Bununla yanaşı yarışlarla əlaqədar nəqliyyatın hərəkətinə bağlı olan küçələrdə svetaforların da adi rejimdə fəaliyyəti bərpa edilib”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, "Formula-1” Azərbaycan Qran-Pri yarışları ilə əlaqədar 1, H1 ("Baku Bus” MMC), 2, 4, 5, 6, 8, 14, 18, 21, 31, 37, 46, 61, 65, 77, 88 və 125 nömrəli marşrut avtobuslarının hərəkətində dəyişikliklər edilmişdi.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma