Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Müharibə qaçılmazdır: Qarabağda irimiqyaslı müharibə başlayacaq
Son xəbərlər

Müharibə qaçılmazdır: Qarabağda irimiqyaslı müharibə başlayacaq

Müharibə qaçılmazdır: Qarabağda irimiqyaslı müharibə başlayacaq


"Qarabağda şübhəsiz ki, hərbi əməliyyatların eskalasiyası mümkündür. Amma cəbhədə vəziyyətin nə vaxt gərginləşəcəyini deyə bilmirəm. Mən hesab edirəm ki, eskalasiya yekunda praktik olaraq qaçılmazdır, çünki tərəflər arasında ciddi danışıqlar yoxdur. Tərəflərin mövqeləri tamamilə uyğun gəlmir. Hesab edirəm ki, Qarabağda müharibə alovlanacaq".

BAKU.WS-in məlumatına görə, bunu rus hərbi ekspert Pavel Felqenqauer deyib. Onun sözlərinə görə, hər iki ölkə hərbi sahədə güc toplayır.

Ekspert hesab edir ki, Qarabağda gec-tez toqquşma olacaq: "Cəbhədə toqquşmanın hansı tərəfin təşəbbüsü ilə başlayacağını deyə bilmərəm. Ancaq bu müharibə çox qısa müddətli olacaq. Bununla yanaşı, apreldə baş verən "dördgünlük müharibə" kimi irimiqyaslı olacaq. Ən azından biz müharibənin uzunmüddətli olmaması üçün ümid edirik. Hər iki tərəf yeni silahlar alır. Hər iki tərəfi müəyyən mənada "dördgünlük müharibə"nin nəticələri qane etməyib. Ermənistan tərəfi apreldə itirilən torpaqları qaytarmaq, Azərbaycan tərəfi isə işğal olunan torpaqları tamamilə azad etməyə çalışacaq".

Nazim Babayev
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma