Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Polis mayoru vətəndaşı təhqir edərək, həbs etdirdi (VİDEO)
Son xəbərlər

Polis mayoru vətəndaşı təhqir edərək, həbs etdirdi (VİDEO)

Polis mayoru vətəndaşı təhqir edərək, həbs etdirdi (VİDEO)


Şirvan şəhərində yol polisi ilə vətəndaş arasında insident baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, yol polisi mayor Məmmədsadıq Nağıyev "VAZ 2107” markalı 90 XO 607 nömrəli avtomobili reyd zamanı saxlayıb.

BAKU.WS avtosfer.az-a istinadən xəbər verir ki, sürücünün yanında olan sərnişin Anar Məmmədovun yaranan mübahisəni telefonla çəkməsi gərginliyə səbəb olub.

Nəticədə mübahisə böyüyüb və polislərin köməyi ilə sürücü və sərnişin Şirvan Polis İdarəsinə gətirilib. Polis Şöbəsinin həyətində isə sərnişin Anar Məmmədov mayor Məmmədsadıq Nağıyev tərəfindən təhqir edilərək döyülüb. Daha sonra həm sürücü, həm də sərnişin müvəqqəti saxlama təcridxanasına salınıb. Aldığımız digər məlumata görə, saxlanılan sürücü Müdafiə Sənayesi Nazirliyinin nəzdində olan Şirvan Telemexanika zavodunun direktoru Usubağa Məmədovun oğludur.

Aşağıda yol polisi mayoru Məmmədsadıq Nağıyevin polis şöbəsində vətəndaşlarla hansı təhqiredici formada danışdığını əks etdirən video görüntünü də təqdim edirik.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma