Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Bakının daha bir yolu tıxacdan qurtulur
Son xəbərlər

Bakının daha bir yolu tıxacdan qurtulur

Bakının daha bir yolu tıxacdan qurtulur


Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın inzibati ərazisində yeni dayanacaq məntəqələrinin və nişanlarının qoyulması, yol kənarında sərnişin avtobuslarının digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmadan dayanacağa daxil olması üçün ciblərin yaradılması istiqamətində işlərini davam etdirir.

BNA-dan May.Az-a verilən məlumata görə, növbəti belə dayanacaq cibi Zabrat-Maştağa avtomobil yolunun "Sabunçu körpüsü"ndən düşən hissəsində Agentliyin təşəbbüsü ilə "Azəravtoyol" ASC tərəfindən inşa edilən yerüstü piyada keçidinin yanında salınıb.

Bununla da həmin ərazidə sərnişin avtobuslarının digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmadan dayanacaq məntəqəsinə rahat giriş-çıxışı təmin ediləcək.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma