Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Bakıda zibillikdə yeni doğulmuş körpə tapılıb
Son xəbərlər

Bakıda zibillikdə yeni doğulmuş körpə tapılıb

Bakıda zibillikdə yeni doğulmuş körpə tapılıb


Bakıda zibillikdən yeni doğulmuş körpə tapılıb.

"Report"un xəbərinə görə, hadisə Yasamal rayonu Əlibəy Hüseynzadə küçəsi 49 nömrəli binanın qarşısında qeydə alınıb.
Belə ki, binanın qarşısındakı məişət tullantıları qutusunda Mənzil Komunal İstismar Sahəsinin əməkdaşları körpəyə rast gəliblər. Onun qız olduğu müəyyən olunub. Körpə aidiyyatı üzrə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. Daha sonra o, "Təcili yardım" maşını ilə Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib.

Məlum olub ki, körpənin göbəyi də kəsilməyib, o bir-günlükdür. Hazırda körpə instutun reanimasiya şöbəsindədir. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma