Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Şaxtalı hava ilə bağlı avtobuslara tapşırıqlar verildi
Son xəbərlər

Şaxtalı hava ilə bağlı avtobuslara tapşırıqlar verildi

Şaxtalı hava ilə bağlı avtobuslara tapşırıqlar verildi


Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı məlumata əsasən bu gecədən başlayaraq yolların buz bağlaması ehtimalını nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcı şirkətlərə xəbərdarlıq edib.

Bu barədə May.Az-a agentlikdən məlumat verilib.

Daşıyıcı şirkətlərə avtobusların xəttə buraxılmazdan öncə texniki baxımdan yoxlanılmasına nəzarətin gücləndirilməsi, avtobusların salonunda isitmə sisteminin işlək vəziyyətə gətirilməsi tapşırılıb.

Sərnişinlərin təhlükəsizliyi baxımından avtobus sürücüləri meteoroloji vəziyyəti nəzərə alaraq yollarda müəyyən olunan sürət həddinə ciddi əməl etməlidirlər. Həmçinin, sərnişinlərin soyuq havada dayanacaqlarda uzun müddət gözləməməsi üçün daşıyıcılara avtobuslararası intervalı tənzimləmələri də tapşırılıb.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma