Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Azərbaycan millisini Çexiyaya aparan təyyarədə nasazlıq yaranıb
Son xəbərlər

Azərbaycan millisini Çexiyaya aparan təyyarədə nasazlıq yaranıb

Azərbaycan millisini Çexiyaya aparan təyyarədə nasazlıq yaranıb


DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiya ilə qarşılaşacaq milli komandamız oyunun keçiriləcəyi Ostrava şəhərinə yola düşüb.

May.Az apasport.az-a istinadən xəbər verir ki, ötən gün saat 16:00-da yola düşməli olan təyyarə bir qədər gecikmə ilə havaya qalxıb.

Havada olarkən isə nəqliyyat vasitəsində texniki nasazlıq yaranıb. Belə ki, təyyarənin təkərlərindən birinin tam qapanmaması uçuş sırasında həyəcan yaradıb. Bu barədə sərnişinlərə də məlumat verilib və bildirilib ki, Bakıya dönüb, nasazlıq aradan qaldırıldıqdan sonra yenidən yola düşüləcək.

Ancaq sonradan təyyarə ekipajı artıq problemin aradan qaldırıldığını və uçuşun marşrut üzrə davam etdiriləcəyini bildirib.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma