Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Yığmamızdan tarixi qələbə (VİDEO)
Son xəbərlər

Yığmamızdan tarixi qələbə (VİDEO)

Yığmamızdan tarixi qələbə (VİDEO)


Oktyabrın 8-də futbol üzrə 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda Azərbaycan və Norveç milli komandaları qarşılaşıb.

Azərbaycan millisinin start heyətində Kamran Ağayev, Maksim Medvedev, Rəşad Sadıqov, Maqomed Mirzabekov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Eddi İsrafilov, Ruslan Qurbanov, Dmitri Nazarov və Ağabala Ramazanov meydana çıxıblar.

Norveçin ilk on birliyində isə Rune Yarsteyn, Yunas Svensson, Even Havlann, Stefan Strannberq, Haytam Alisami, Per-Silyan Şelbred, Ole-Kristian Selnes, Pol-Andre Hellann, Markus Henriksen, Adama Domande və Coşua Kinq yer alıblar.

İsrailli baş hakim Liran Lianinin idarə etdiyi oyunun 11-ci dəqiqəsində millimizin futbolçusu Maksim Medvedev hesabı açıb. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsi yığmamızın minimal üstünlüyü ilə yekunlaşıb - 1:0.

Görüşün ikinci hissəsinə də fəal başlayan millimiz rəqib qapısı qarşısında təhlükəli məqamlar yaratsa da, top qapıdan keçməyib.

Beləliklə, görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamız növbəti oyununu oktyabrın 11-də səfərdə Çexiya yığmasına qarşı keçirəcək.

Milli komandamız seçmə mərhələdə ilk görüşündə San Marino yığması ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma