Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Bakıda əczaçı qadın həbs olundu
Son xəbərlər

Bakıda əczaçı qadın həbs olundu

Bakıda əczaçı qadın həbs olundu


Maştağa qəsəbəsində apteklərdən birindən güclü təsiredici dərman preparatları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən May.Az-a verilən məlumata görə, narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsinin ərazisində qəsəbə sakini Elnarə Hüseynova satıcı işlədiyi aptekdə güclü təsiredici maddə olan 5 ədəd "Pregabalin” kapsulasını satarkən saxlanılıb.

Aptekə baxış zamanı güclü təsiredici maddə olan 306 ədəd "Tramadol”, 3 ədəd "Pregabalin” kapsulaları, 20 ədəd "Zapicione” həbi, 5 ədəd "Tramadol”, 7 ədəd "Tramaklosidol” ineksiyaları, psixotrop maddə olan 780 ədəd "Fenadiazepin”, 2075 ədəd "Haloperidol”, 150 ədəd "Depakine chrono”, 60 ədəd "Respilon” həbləri, 30 ədəd "Haloperidol”, 24 ədəd "Haloperidol-decanoate”, 70 ədəd "Amitriptylline hydrochlorido” və 19 ədəd "Moditen depo” ineksiyaları aşkar edilərək götürülüb.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma