Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » ANS-in təsisçiləri yeni televiziya aça bilər - MTRŞ-dan açıqlama
Son xəbərlər

ANS-in təsisçiləri yeni televiziya aça bilər - MTRŞ-dan açıqlama

ANS-in təsisçiləri yeni televiziya aça bilər - MTRŞ-dan açıqlama


"Milli Televiziya və Radio Şurası tender elan edərsə, o zaman Vahid Mustafayev həmin tenderdə başqa bir adda media qurumu açmaq üçün iştirak edə bilər”.

Bunu AzNews.az-a açıqlamasında qurumun Texniki Nəzarət Şöbəsinin müdiri İsa Məmmədov deyib. Onun sözlərinə görə, elan olunan tenderdə qanunla hər kəs iştirak edə bilər: "Buna televiziya qanunları yol verir”.

İ.Məmmədov vurğulayıb ki, ANS televiziyasının hazırda boş qalan yayım tezliyi ilə bağlı tenderin elan olunması gözlənilmir: "Bunun üçün ilk növbədə reklam bazarı öyrənilməlidir. Çünki televiziyaların qazancı reklam bazarından gəlir. Reklam bazarı öyrəniləcək, əgər təlabat olarsa onda açmaq qərarı veriləcək. Əgər açılıb qazanc gətirməyəcəksə, yenidən bağlanacaqsa, bu, tamaşaçıya yaxşı təsir etməz”.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma