Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Yeni polis rəisindən "təmizləmə əməliyyatı"
Son xəbərlər

Yeni polis rəisindən "təmizləmə əməliyyatı"

Yeni polis rəisindən "təmizləmə əməliyyatı"


Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişiklikləri olub.

May.Az Report–a istinadən xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunduqdan sonra bir neçə nəfər tutduğu vəzifədən azad edilib.

Məlumata görə, RPŞ-nin Cinayət axtarış bölməsinin rəisi Məhərrəm Məmmədov, əməliyyat müvəkkilləri Ruslan Əhmədov, Rəşad Məmmədov, Vahid Fənifəyev, Rövşən Məmmədov, Amil Şərifov, Oktay Məmmədov və sahə müvəkili Yaqub Ağayev işdən çıxarılıblar.

Belə ki, Cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri Vahid Fənifəyev, Oktay Məmmədov, Rövşən Məmmədov və sahə müvəkili Yaqub Ağayev yaş həddinə görə təqaüdə göndərilib. Ruslan Əhmədov və Rəşad Məmmədov isə sərəncama götürülüb.

Bölmənin rəisi Məhərrəm Məmmədov Ağcabədi Rayon Polis Şöbəsinə, əməliyyat müvəkkili Amil Şərifov isə Əlibayramlı Polis Şöbəsinə göndərilib.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl daxili işlər naziri Ramil Usubovun əmri ilə Bərdə Rayon Polis Şöbəsinə İlqar Məmmədov rəis təyin olunub.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma