Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Azərbaycan 100 milyonlarla dollar qazandıracaq zavodları işə salır
Son xəbərlər

Azərbaycan 100 milyonlarla dollar qazandıracaq zavodları işə salır

Azərbaycan 100 milyonlarla dollar qazandıracaq zavodları işə salır


Azərbaycanda yaxın vaxtlarda böyük poladtökmə-metallurgiya komplekslərinin yaradılmasına start veriləcək.

May.Az xəbər verir ki, bu barədə sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair keçirilən respublika müşavirəsində yekun nitqi zamanı Azərbaycan Prezidenti İlham Əliyev məlumat verib.

"Biz yaxın vaxtlarda böyük poladtökmə-metallurgiya komplekslərinin yaradılmasına start verəcəyik. Daşkəsən filiz yataqlarının istismarı və qurulacaq bir neçə zavodun fəaliyyəti sayəsində yüz milyonlarla dollar ixrac potensialımız yaradılacaq. İndi biz Sumqayıtda Kimya Sənaye Parkını yaradırıq və 2018-ci ildə polimer zavodu fəaliyyətə başlayacaq. O da təqribən 100 milyonlarla dollar ixrac potensialı yaradacaq. Sumqayıtda gübrə zavodu tikilir. Biz özümüzü gübrə ilə 2018-ci ildən sonra tam təmin edəcəyik və bu, kənd təsərrüfatının inkişafına da müsbət təsir göstərəcək. Çünki daha idxaldan asılı olmayacağıq və məhsul ixrac edəcəyik", - deyə dövlət başçısı bildirib.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma