Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Polis xidməti avtomobillə qəza törətdi: 1 ölü
Son xəbərlər

Polis xidməti avtomobillə qəza törətdi: 1 ölü

Polis xidməti avtomobillə qəza törətdi: 1 ölü


Göyçay rayonunda polis əməkdaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 8:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 206-cı kilometrliyində, Göyçayın Bığır kəndi ərazisində qeydə alınıb.

Göyçay Rayon Polis Şöbəsinin əməliyyat-axtarış üzrə müvəkkili, polis leytenantı, İsmayıllı rayon sakini, 1989-cu il təvəllüdlü Mustafayev Asiman Müqabil oğlu idarə etdiyi "Fiat-Doblo" markalı xidməti avtomobili aşırıb.

Məlumata görə, Anar Mustafayev Göyçay şəhərinə işə gedərkən qarşısına çıxan inəkləri vurmamaq üçün avtomobili yoldan kənara çıxarıb, yağışlı havada yol sürüşkən olduğundan sürücü idarəetməni itirərək avtomobili aşırıb.

A. Mustafayev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma