Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Bakıda arvadı ilə saunaya gedən kişinin başına oyun açdılar
Son xəbərlər

Bakıda arvadı ilə saunaya gedən kişinin başına oyun açdılar

Bakıda arvadı ilə saunaya gedən kişinin başına oyun açdılar


Jurnalist İlkin Bağırov maraqlı paylaşım edib.

O, Bakıda baş verən hadisəni paylaşıb. Jurnalistin dediyinə görə, Bakıda həyat yoldaşıyla saunaya gedən kişinin başına oyun açıblar. Belə ki, polis saunada reyd keçirib və ərlə arvadı saxlayıb:

"Kişi öz həyat yoldaşı ilə saunaya gedib. Bu zaman cütlük polisin əxlaqsızlara qarşı keçirdiyi reydin qurbanına çevrilib. Keyfin kulminasiya nöqtəsində olub rahatlanan vaxt polislər bunları tutublar. Kişi and-aman edib ki, əşşi, arvadımdı, buraxın gedək. İnanmayıblar, bunlarla məzələniblər. Kişiyə deyiblər ki, ayıbdır, adam "polojeniyadan çıxmaq" üçün əxlaqsız qadına "arvadımdır" deməz. Qadına da sataşıblar.

Jurnalistin yazdığına görə, daha sonra cütlüyü polis bölməsinə aparıblar və nigah kağızına baxışdan sonra onlar sərbəst buraxılıb:

"Axırda da məsələni "aydınlaşdırmaq" üçün hər ikisini bölməyə aparıblar. Qadın bölmədə qalıb gözləyib, kişi isə gedib evdən "zaqs" kağızını, şəxsiyyət vəsiqələrini gətirib təqdim edəndən sonra onları buraxıblar. Bax belə... P.S. Sözümün canı odur ki, kiminlə, hara və nə vaxt getdiyinizə diqqət edin". (azxeber.com)
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma