Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Aygün Bəylərin qardaşı qohumunu niyə öldürüb? - Səbəb bəlli oldu
Son xəbərlər

Aygün Bəylərin qardaşı qohumunu niyə öldürüb? - Səbəb bəlli oldu

Aygün Bəylərin qardaşı qohumunu niyə öldürüb? - Səbəb bəlli oldu


Müğənni, əməkdar artist Aygün Bəylərin qardaşı da daxil olmaqla 6 nəfərin 3 il əvvəl törətdiyi və üstü indi açılan qətlin motivi bəlli olub.

May.Az sputnik.az-a istinadən bildirir ki, həmin şəxslər Aygün Bəylərin əmisi nəvəsi Elnur Hümbətovu narkotik söhbətinə görə öldürüb cəsədi gizlədiblər. Məsələ bundadır ki, onlar həyətyanı sahələrdən birində nəşə əkiblər. Necə olubsa mübahisə zamanı Elnur Hümbətov qohumlarının nəşə əkib-becərdiyi haqda polisə məlumat verəcəyi ilə hədələyib. Nəticədə qohumları ondan yaxa qurtarmaq qərarına gəliblər.

Qətl Suraxanı rayonu ərazisində törədilib, cinayətkarlar cəsədi Xəzər rayonuna aparıb orada basdırıblar. Maraqlıdır ki, cəsədin basdırıldığı özəl torpaq sahəsi DYP-nin Xəzər rayon şöbəsinin binasının bilavasitə yaxınlığındadır. Bu haqda "Sputnik Azərbaycan” xəbər verir.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma