Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Peşə məktəblərinə qəbul üçün əlavə ixtisas seçimi aparılacaq
Son xəbərlər

Peşə məktəblərinə qəbul üçün əlavə ixtisas seçimi aparılacaq

Peşə məktəblərinə qəbul üçün əlavə ixtisas seçimi aparılacaq


"ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu və ixtisaslar üzrə yerləşdirilmə prosesi başa çatıb.

Təhsil Nazirliyindən May.az-a verilən məlumata görə, nazirliklə "ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış "ASAN peşə” layihəsi 11-26 avqust 2016-cı il tarixlərində pilot olaraq Bakı və Gəncə şəhərlərində reallaşdırılıb. Dövlət vəsaiti hesabına ilk peşə-ixtisas təhsili almaq istəyənlərin sənəd qəbulu "ASAN xidmət” mərkəzlərində aparılıb.

"Asan peşə” layihəsi üzrə 4066 nəfər müraciət edib. Onlardan 3245 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər bugündən sentyabrın 1-dək (şənbə və bazar günləri daxil olmaqla) qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisəsinə təqdim etməlidirlər.

Boş qalan yerlərə əlavə ixtisas seçimi 1-6 sentyabr 2016-cı il tarixlərində Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən "ASAN xidmət” mərkəzlərində aparılacaq.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma