Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Zabit Səmədovdan möhtəşəm qələbə (VİDEO)
Son xəbərlər

Zabit Səmədovdan möhtəşəm qələbə (VİDEO)

Zabit Səmədovdan möhtəşəm qələbə (VİDEO)


Bu gün Qroznıda möhtəşəm kikboksinq gecəsi baş tutub.

May.Az-in məlumatına görə, turnir çərçivəsində "Axmed” kikboksinq klubunun rəhbəri, Azərbaycanın K-1 ustası, döyüşçü Zabit Səmədov WBC Muay Thai versiyası üzrə dünya çempionu titulu uğrunda rumıniyalı döyüşçü Katalin Moroşanu ilə qarşılaşıb.

Görüşdə təmsilçimiz ilk raundda rəqibini nokaut vəziyyətinə salaraq dünya çempionu kəmərinə sahib çıxıb. Rusiya Federasiyası? Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov rinqə çıxaraq Zabit Səmədovu təbrik edib.

Qeyd edək ki, döyüşü izləmək üçün Bakıda iki avtobus azərbaycanlı azarkeş Çeçenistan paytaxtına yola düşmüşdü.

Azad Əliyev

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma