Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Bakıda transseksualı öldürən gənc istəyinə çatmadı
Son xəbərlər

Bakıda transseksualı öldürən gənc istəyinə çatmadı

Bakıda transseksualı öldürən gənc istəyinə çatmadı


Bakı Apellyasiya Məhkəməsində Şahlar Əliyevin birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

May.Az lent-a istinadən bildirir ki, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, hadisə keçən il Bakının Səbail rayonu, Axundov bağının yaxınlığındakı mənzildə baş verib. 1988-ci il təvəllüdlü Dəmirova Ayla Altay qızı evində qətlə yetirilib. Hadisə zamanı daha iki nəfər də xəsarət alıb. Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 1995-ci il təvəllüdlü Əliyev Şahlar Həmid oğlu tutularaq istintaqa təqdim edilib.

Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə Ş.Əliyev 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Qeyd edək ki, A.Dəmirova daha əvvəl kişi olub. Adı isə Hətəmpaşa olub. O, daha sonra əməliyyatla cinsiyyətini dəyişdirib qadın olub.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma