Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Sumqayıtda 8 ədəd partlamamış mərmi tapılıb
Son xəbərlər

Sumqayıtda 8 ədəd partlamamış mərmi tapılıb

Sumqayıtda 8 ədəd partlamamış mərmi tapılıb


Bu gün Sumqayıt şəhəri ərazisində 8 ədəd partlamamış hərbi sursat aşkar edilib.

Bu barədə May.Az Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində körpüdən poleqona gedən yolda 8 ədəd partlamamış hərbi sursat (2 ədəd 100 mm-lik top mərmisi, 3 ədəd 85 mm-lik top mərmisi, 1 ədəd 57 mm-lik top mərmisi, 1 ədəd 37 mm-lik top mərmisi və 1 ədəd 82 mm-lik minaatan mərmi) aşkar edilərək götürülüb.

Bu gün həmçinin, Ağdam rayonu Zəngişalı kəndində əkin sahəsində 3 partlayış yerinə baxış keçirilsə də, partlamamış hərbi sursat aşkar edilməyib.

Ümumilikdə 13 iyul tarixində 5500 kv.m ərazi yoxlanılıb.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma