Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Xoşqədəm ANS-i “Xəzər”ə dəyişdi
Son xəbərlər

Xoşqədəm ANS-i “Xəzər”ə dəyişdi

Xoşqədəm ANS-i “Xəzər”ə dəyişdi


Aparıcı Xoşqədəm Hidayətqızı yeni mövsümdə "Xəzər" telekanalında işə başlayacaq.

MayşAz axşam.az-a istinadən məlumat verir ki, ana olduqdan sonra Türkiyədə qalan aparıcı bir neçə gündür Bakıya qayıdıb. O, yeni işi ilə bağlı telekanala gedib-gəlir. Hətta artıq kanalın yeni binasında X.Hidayətqızının verilişinə studiya da ayrılıb. Hazırda isə studiyada dekor qurulur.

Qeyd edək ki, X.Hidayətqızı eyni zamanda sözügedən kanalda Günel Hümbətovanın aparıcılığı ilə yayımlanan "Yeni həyat" verilişinin ideya müəllifidir. Proqramın işçi heyəti arasında X.Hidayətqızının "Səni axtarıram" layihəsində çalışanlar da yer alıb.

Xatırladaq ki, X.Hidayətqızı bundan əvvəl ATV-də "Səni axtarıram" verilişinə aparıcılıq edib. Daha sonra isə o, ANS-də "Xoşqədəmlə axtarıram səni" və "Deməsək olmaz" verilişlərinə aparıcılıq edib.

Aparıcı analıq məzuniyyətinə çıxarkən "Deməsək olmaz" proqramını İradə İsaqa həvalə etmişdi.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma