Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » 22 FEVRAL
Son xəbərlər

22 FEVRAL

2008-ci il. 22 fevral - avtomobil yolları işçilərinin peşə bayramı günüdür. Bu gün Prezident İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamına əsasən qeyd edilir.

1924-cü il. Azərbaycan bəstəkarı, Xalq Artisti (1974) Süleyman Ələsgərov anadan olub. S.Ələsgərovun yaradıcılığında оperetta janrı əsas yer tutur. Onun “Ulduz”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə” və digər operettaları Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində bu gün də оynanılır. S.Ələsgərov, həmçinin “Bahadır və Sоna”, “Sоlğun çiçəklər” оperalarının, bir neçə kantatanın, “Gənclik” və “Vətən” simfoniyalarının, “Bayatı-Şiraz” simfоnik muğamının, simfоnik pоema və süitaların, 200-ə qədər mahnı və romansların və s. əsərlərin müəllifidir.

1632-ci il.  İtaliyalı məşhur alim, fizik, astronom və riyaziyyatçı Qalileo Qalileyin “İki kainat sistemi barədə dialoq” əsəri çapdan çıxıb.

1732-ci il. ABŞ-ın birinci prezidenti Corc Vaşinqton anadan olub (1732-1799). O, Birləşmiş Ştatlar ordusunun ali baş komandanı kimi ABŞ-ın istiqlaliyyət mübarizəsində qələbənin qazanılmasında mühüm rol oynayıb. 

1819-cu il. Vaşinqtonda imzalanan Adams-Onis müqaviləsinə əsasən, İspaniya Floridanı 5 milyon dollara ABŞ-a satıb. 

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma