Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Qonşu ölkədə həqiqi hərbi xidmət ləğv edildi
Son xəbərlər

Qonşu ölkədə həqiqi hərbi xidmət ləğv edildi

Qonşu ölkədə həqiqi hərbi xidmət ləğv edildi


Gürcüstanda həqiqi hərbi xidmət bu gündən ləğv edilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Gürcüstanın müdafiə naziri Tina Xidaşeli həqiqi hərbi xidmətin ləğbv edilməsi haqqında sərəncam imzalayıb.

Nazir qeyd edib ki, ölkəsinin ali qanunverici orqanı məsələyə dair uyğun qanun qəbul edə bilmədiyindən, o, çıxış yolunu sərəncam verməkdə görüb: "Mən sizin qarşınızda həqiqi hərbi xidmətin ləğvi barədə sərəncam imzalayıram. Bu qərar imzalandığı andan qüvvəyə minir".

Xatırladaq ki, bir müddət əvvəl nazir həqiqi hərbi xidmətin ləğvi haqda qərarın 2017-ci ildə qüvvəyə minəcəyini nəzərdə tutmuşdu.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma