Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Əliyevdən Türkiyəyə jest: Görüşlər təxirə salındı
Son xəbərlər

Əliyevdən Türkiyəyə jest: Görüşlər təxirə salındı

Əliyevdən Türkiyəyə jest: Görüşlər təxirə salındı


Almaniya Bundestaqında qondarma "erməni soyqırımı”nın tanınmasına dair qətnamə qəbul edilməsi ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev bu ölkəyə səfəri zamanı Bundestaqda nəzərdə tutulan görüşləri keçirməyib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, dövlət başçısı qətnamənin qəbuluna etiraz olaraq, protokoldan çıxaraq Bundestaqda əvvəldən planlaşdırılan görüşlərdən, o cümlədən Almaniya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvəri ilə görüşlərdən imtina edib.

Xəzər Strateji İnstitutunun (HASEN) Ali Məşvərət Şurasının sədri Xəlil Akınçı bildirib ki, İlham Əliyev Almaniya Bundestaqındakı görüşləri ləğv edərək, dünyaya haqsızlığın cavabsız qalmayacağı mesajını verib.

"Digər tərəfdən, cənab Əliyevin bu addımı yaxın tarixdə törədilmiş və şahidlərinin hələ də həyatda olduğu Xocalı soyqırımına səssiz qalan Qərbin ikili standartına cavabdır. İlham Əliyev Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu da bir daha nümayiş etdirdi”, - deyə X. Akınçı vurğulayıb.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma