Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Bakıda məhkumlar dalaşdılar
Son xəbərlər

Bakıda məhkumlar dalaşdılar

Bakıda məhkumlar dalaşdılar


Xəsarət alan var.

Bakıda Cəzaçəkmə Müəssisəsində məhkumlar arasında dava olub.

May.Az xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bir neçə gün əvvəl Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində dava düşməsi barədə idarəyə material daxil olub.

Daxil olan materiala görə, bir müddət əvvəl Cəzaçəkmə Müəssisəsində düşən dava zamanı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə məhkumluq həyatı yaşayan, 1989-cu il təvəllüdlü Ayaz Saleh oğlu Əkbərov məhbus yoldaşı, Cinayət Məcəlləsinin 178 (dələduzluq), 313 (vəzifə saxtakarlığı) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə məhkum olunmuş, 1978-ci il təvəllüdlü Anar Akif oğlu Mustafayevin başına daşla vurub.

Xəsarət alan məhkuma tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma