Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Bakı aeraportunda YANĞIN
Son xəbərlər

Bakı aeraportunda YANĞIN

Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal meydanında minik avtomobilində yanğın baş verib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.
AZAL-ın Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ tədbirləri nəticəsində yanğın söndürülüb və onun qonşu avtomobillərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
***
Bakı Beynəlxalq Hava Limanında "Opel Astra" markalı maşın qəfildən alovlanmağa başlayıb.
Oxu.Az xəbər verir ki, hazırda yanan avtomobil hava limanının qarşısındakı parkinqdədir.
Ətrafdakılar alovlanan maşına müdaxilə etsələr də, nəqliyyat vasitəsini söndürməyə müvəffəq ola bilməyiblər. Yanğın digər maşınlara da zərər vurub. Belə ki, yaxınlıqda olan "Mercedes-Benz", "Hyundai" və "Mazda" markalı maşınlar zərər görüb.
Avtomobilin hansı səbəbdən alışdığı isə hələ ki, bəlli deyil.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma