Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Azərbaycanda DƏHŞƏT: Anasını öldürüb meyitinin yanında yatdı
Son xəbərlər

Azərbaycanda DƏHŞƏT: Anasını öldürüb meyitinin yanında yatdı

Şabranda anasını döyərək öldürən 1986-cı il təvəllüdlü Məhəmməd Nazırovun məhkəmə prosesi başa çatıb.
"Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 36 yaşlı M.Nazırov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin martın 9-da Şabranın Ağalıq kəndində qeydə alınıb.
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, hadisə günü o, evə sərxoş vəziyyətdə gəlib. Bu zaman 1953-cü il təvəllüdlü anası ona nəyə görə bu qədər içdiyini irad tutub. Həmin vaxtı həddindən artıq sərxoş vəziyyətdə olan Məhəmməd, anası Nuriyyə Nazırovanın iradlarından əsəbiləşərək, sağ əlinin arxası ilə valideynin üz nahiyəsinə zərbə endirib. Bu zaman qadın zərbənin təsirindən yerə yıxılıb və başından xəsarət alıb.
Məhəmməd sərxoş vəziyyətdə olduğu üçün anasının nəfəsinin gəlmədiyini, yəni öldüyünü görüb, onun yanında uzanaraq yatıb qalıb. Digər baş verənləri isə xatırlamadığını bildirib. O, ayıldığı zaman polis əməkdaşlarının evdə olduğunu görüb.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma